Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginliyin səviyyəsinin azaldılması istiqamətində birgə işləməlidir.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının “Rusiya-Fransa: Gələcəyə parlament baxışı” adlı hesabatında deyilir.
Sənəd Rusiya Federasiya Şurasının beynəlxalq komitəsi tərəfindən hazırlanıb. Hesabatda Rusiyanın fransalı həmkarları ilə birlikdə Dağlıq Qarabağ ətrafında və Ukraynanın cənub-şərqində gərginliyin səviyyəsinin azalması istiqamətində əməkdaşlığının vacibliyi qeyd olunub. Sənəddə Rusiya-Fransa münasibətlərinin Avropa və qlobal siyasətin aparıcı faktoru olaraq qaldığı bildirilir.
Gununsesi.info