Rusiya FTX-nin əməkdaşı amerikalı diplomatı döydü

  • By admin
  • 30 İyun 2016 12:18

fzb

Rusiya FTX-nin əməkdaşı ABŞ-ın Moskvadakı səfirlik binasına keçmək istəyən amerikalı diplomatı döyüb. Avropa.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazır.  Qəzetin məlumatına görə, 6 iyun günü FTX əməkdaşı diplomatın üzərinə hücuma keçib, ona zərbələr endirərək, çiynini sındırıb. Yaralı şəxsi təcili xəstəxanaya çatdırıblar.
Hadisədən sonra Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı Dövlət Departmentinə çağıraraq, xəbərdarlıq ediblər.
Daha əvvəl məlumat getmişdi ki, Rusiya xüsusi təhlükəsizlik orqanları ABŞ səfirliyi əməkdaşları və ailə üzvlərini təqib edirlər. Departament nümayəndəsi Elizabet Tryudo deyib ki, son iki ildə Rusiya güc strukturlarının amerikalı diplomatlara təzyiqləri artıb.
Öz növbəsində Rusiyanın ABŞ səfirliyi bildirib ki, bu amerikalılara verilən əks-cavabdır.