Rusiya FTX sərhəddən silahlı şəxslərin ölkəyə daxil olmasını təkzib edib

  • By Günel
  • 06 Avqust 2024 11:54

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ukrayna ərazisindən Rusiyaya sərhəd pozuculuğu faktının qarşısını alıb.

Gununsesi.info -nun xəbərinə görə, bunu Kursk vilayətinin qubernatoru Aleksey Smirnov deyib.

O bildirib ki, adı çəkilən ölkədən Rusiyaya silahlı şəxslərin qanunsuz daxil olması barədə məlumatlar həqiqəti əks etdirmir. A. Smirnov ictimaiyyəti yalnız rəsmi məlumatlara etibar etməyə çağırıb.

Gununsesi.info