Rusiya Premyer Liqasında XXIII turun “Krasnodar” – “Dinamo” (Moskva) görüşü təxirə salınıb.
Gununsesi.org-un məlumatına görə, buna paytaxt komandasının futbolçularının COVID-19-a yoluxmaları səbəb olub.
Qarşılaşma bu gün “Krasnodar” stadionunda keçirilməli idi. Lakin oyun ərəfəsində “Dinamo”dan yarımmüdafiəçi Şarl Kabore və hücumçu Klinton N Jinin koronavirus testi müsbət nəticə verib. Daha əvvəl forvard Nikolay Komliçenko və cinah oyunçusu Sebastyan Şimanskinin də yoluxduqları müəyyənləşib.
Rusiya Futbol İttifaqı matçın 19 iyula təxirə salınması barədə qərar çıxarıb.
Qeyd edək ki, oxşar situasiya ilə bir neçə gün əvvəl “Rostov” üzləşib. Futbolçularının bir hissəsi koronavirusa yoluxduğundan, bütün komanda karantinə göndərilib. Bu zaman “Soçi” klubu oyunu təxirə salmaqdan imtina edib. Nəticədə səfər qarşılaşmasına “Rostov”un gənclərdən ibarət heyəti yollanıb və 1:10 hesabı ilə uduzub.
Gununsesi.org