Rusiya gəmiləri Qara dənizə daxil olub

  • By admin
  • 12 Fevral 2022 14:37

Rusiya Müdafiə Nazirliyi 30-dan çox hərbi gəminin təlimlər üçün Qara dənizə daxil olduğunu açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Təlim üçün Sevastopol və Novorossiysk limanlarından Qara dənizə 30-dan çox hərbi gəmi daxil olub”, – deyə nazirliyin açıqlamasında bildirilir.

Xatırladaq ki, müdafiə nazirliyinin yanvarın 20-də verdiyi açıqlamada, Rusiya donanmasının yanvar və fevral aylarında “məsul olduğu” bütün bölgələrdə ardıcıl hərbi təlimlər keçirəcəyi bildirilib.

Sözügedən təlimlərə 140 gəmidən əlavə, 60 təyyarə və 10 min əsgərin qatılacağı açıqlanıb.

Gununsesi.info