Rusiya geri, Türkiyə irəli gedəcək - QUBAD İBADOGLUNUN ŞƏRHİ

  • By admin
  • 07 İyul 2023 12:55
Türkiyə və Rusiya iqtisadiyyatından baş verənlərin analizi göstərir ki, Rusiya geri, Türkiyə irəli getmək üzrədir. Sadəcə hər iki halın baş verməsi zamana bağlıdır.
Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış iqtisadçı alim Qubad İbadoğlu  iki ölkənin iqtisadi durumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın Milli Rifah Fondunun (MRF) aktivləri sürətlə əriyir: “Ötən ay ərzində dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün MRF-nin aktivlərindən 3,452 milyard yuan və 5,127 ton qızıl satılıb. Bununla yanaşı, MRF-dən 66 milyard 978,9 milyon rubl büdcəyə köçürülüb. Eyni zamanda rublun dollar qarşısında dəyər itirməsinə görə, MRF aktivləri məzənnə fərqindən itkilərlə üzləşib. Bundan başqa İlk 5 ayda Rusiyada ixrac əsasən neft-qaz gəlirlərinə görə azaldığından, idxal isə artdığından xarici ticarət balansının müsbət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azalıb. Nəticədə müqayisə olunan eyni dövrdə tədiyə balansının cari hesabının saldosu 5,4 dəfə azalıb. Bütün bunlar rus rublunun məzənnəsinə təsirsiz ötüşmür. Hazırda Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsinə görə 1 dollar 92,11 rubldur”.

Türkiyəyə gəlincə, iqtisadçı bildirib ki,  son 1 ayda İstanbul birjasına daxil olan xarici valyuta miqdarı 1.1 milyard dollar olub: “Türkiyədə büdcə kəsirini azaltmaq üçün vergilər qaldırılır. Belə ki, aksizli mallara və spirtli içkilərə əlavə vergilər təyin edilib, xaricdən şəxsi istifadə üçün gətirilən telefonun qeydiyyatı 6091 lirədən 20 min lirəyə yüksəldilib, 8 faizlik ƏDV olan 10 faizə, 18 faizlik ƏDV isə 20 faizə qaldılıb, benzinin də qiymətinin artırılması gözlənilir. Hazırda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının rəsmi məzənnəsinə görə 1 dollar 26,10 lirədir”.
May be an image of money and text
Gununsesi.info