Rusiya Gürcüstan vətəndaşını Berlində sifarişlə öldürdü – İDDİA

  • By admin
  • 18 Fevral 2020 13:04

Ötən il Berlində Gürcüstan vətəndaşı Zelimkhan Khangoshvili-ni güllələyərək öldürmüş Rusiya vətəndaşı, qondarma adı Vadim Sokolov olan şəxsin – Vadim Krasikovun Avropaya səfər etməzdən öncə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Vımpel” xüsusi təyinatlı dəstəsinin bazasında təlim keçdiyi məlum olub.

Britaniyanın Bellingcat jurnalist təhqiqatı qrupunun, Almaniyanın Der Spiegel jurnalının və Rusiyanın The Insider saytının birgə apardıqları araşdırmanın fevralın 17-də dərc olunmuş hesabatında deyilir ki, Krasikov FTX-nin Vernadski prosopektində yerləşən antiterror idarəsinə dəfələrlə baş çəkib və FTX-nin bir indiki və bir neçə keçmiş əməkdaşı ilə dəfələrlə zəngləşib.

Təhqiqat müəllifləri Berlindəki qətldən əvvəl nə onun, nə də arvadının adına Rusiyada heç vaxt SİM-kart verilməməsinə baxmayaraq, Vadim Krasikovun istifadə etdiyi telefonun nömrəsini aşkar edə biliblər.

Bu nömrəni Krasikovun arvadının telefon nömrəsi vasitəsilə aşkara çıxarmaq mümkün olub, beləki Krasikov bu telefondan həm də tez-tez arvadına zəng edirdi.

Bu telefon nömrəsindən edilən zənglərin araşdırılması nəticəsində Krasikovun FTX ilə əlaqələrinin daimi olduğu müəyyənləşdirilib.

İntensiv zənglərin isə Berlinə səfər ərəfəsində olması ona işarə edir ki, Krasikov FTX ilə təmaslarında məhz Khangoshvili-nin qətli əməliyyatını müzakirə edə bilərdi.

 

 

Təhqiqatçılar bildirirlər ki, əməliyyatı FTX-nin xüsusi təyinatlı mərkəzinin rəisi general-polkovnik Aleksandr Tikhonov kurasiya edib, amma Krasikovla birbaşa təmasda mərkəzin keçmiş əməkdaşı Eduard Bendersky olub.

Təhqiqat əmindir ki, Khangoshvili-nin qətlinə ən aşağısı FTX səviyyəsində əmr verilib.

Xəbər azadlig.org saytında dərc edilib.

Gununsesi.org