“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
Ölkənin xarici işlər naziri Sergey Lavrovun yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi sualları bu gün yazılı formada cavablandıran XİN-dən qeyd olunub ki, rəsmi Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır.
Vurğulanıb ki, bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.
XİN-dən bildirilib ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.
Gununsesi.info