Rusiya sülhməramlı qüvvələri Laçında Həkəri çatının üzərindəki körpüdə ucaldılan Azərbaycan bayrağının asıldığı dirəyi aşırıblar.
Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında yayılan görüntülərdə Rusiya sülhməramlı qüvvələrinin əsgərlərinin bayrağımızın asıldığı dirəyi aşırdığı öz əksini tapıb. Onların bu addımı nə üçün atdığı hələki məlum deyil.
Hadisə iyunun 15-də baş verib.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.