Rusiya hərbçiləri Suriyada 3 804 dinc sakin öldürüb

  • By admin
  • 30 Sentyabr 2016 22:34

suriya

 

Rusiya hərbçiləri bir il ərzində Suriyada 3 804 dinc sakini öldürüb“.

“Report” “newsru.co.il”ə istinadən xəbər verir ki, bu məlumatı Suriyada İnsan Haqlarının Müşahidəsi (“The Syria Observatory for Human Rights” – SOHR) yayıb.

Məlumata görə, ötən ilin sentyabrın 30-dan başlayaraq Rusiya döyüş təyyarələrinin bombardmanı nəticəsində 9 364 nəfər ölüb. Onların 3 804 dinc sakindir: “Bunlardan 906 nəfəri 18 yaşdan kiçikdir. Öldürülənlərin qalanları – 2 746-sı terrorçu İŞİD silahlısı olmaqla müxtəlif qruplaşmalara aiddir.”

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ötən bir ildə Suriyada 20 rusiyalı hərbçi həlak olub.

Xatırladaq ki, 2015-ci il sentyabrın 30-da Rusiya Suriyaya müdaxilə edib.

 

Gununsesi.info