Rusiya hərbçiləri Suriyada Amerika patrulunun önünü kəsdi -VİDEO

Rusiya hərbçiləri Suriyada Amerika patrulunun hərəkətinə mane olub.

Bu barədə “Voennıy obozrevatel” “Telegram” kanalı məlumat yayıb.

HTML tutorial

Yayımlanan görüntülərdə “Tayfun”, “Tiqr” markalı texnika və üzərində Rusiya bayraqları olan zirehli transportyorların ABŞ hərbçilərinin yolunu kəsdiyi əks olunub.

Nəticədə ABŞ silahlı qüvvələri konvoyun ətrafından keçməli olub.

Xatırladaq ki, noyabrın əvvəlində Suriya hərbçiləri Əl-Hasek əyalətindəki nəzarət-buraxılış məntəqəsindən Amerika kolonunu buraxmayıblar. Hadisə rayonun Kubur əl-Qaracna kəndində baş verib. Suriya Ərəb Ordusunun hərbçiləri səkkiz Amerika hərbi maşınını saxlayıb, daha sonra onları Tell-Tamr bölgəsini tərk etməyə məcbur ediblər.

Gununsesi.info