Rusiya hərbçiləri Ukraynada öz təyyarəsini vurub - İngilis kəşfiyyatı

  • By admin
  • 31 Mart 2022 14:40

Rusiya hərbçiləri Ukrayna səmasında təsadüfən təyyarələrindən birini vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə elektron kəşfiyyatın aparılmasına, hökumət və hərbi qurumların informasiyalarının mühafizəsinin təmin edilməsinə cavabdeh olan İngiltərə məxfi xidmətinin rəhbəri Ceremi Flemminq bildirib.

“Biz rus hərbçilərinin əmrləri yerinə yetirməkdən boyun qaçırdıqlarını, öz texnikalarını məhv etdiklərini, hətta təsadüfən öz təyyarələrini vurduqlarını görmüşük”, – Fleminq deyib.

Onun sözlərinə görə, hazırda Rusiya əlavə qüvvələrini qarşıdurmanın olduğu ərazilərdə yerləşdirməyi və sayı artırmaq üçün əməliyyatlara yeni döyüşçülər cəlb etməyi düşünür.

Gununsesi.info