Rusiya hərbçiləri Xersonda mülki əhalini atəşə tutdu

  • By admin
  • 03 İyul 2023 00:18

Rusiya hərbçiləri Xersonun yaşayış məntəqələrini atəşə tutub.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ukraynanın telegram kanalları yerli rəsmilərə istinadən xəbər yayıb.

Bildirilir ki, atəş nəticəsində  4 nəfər yaralanıb.

Xerson vilayət prokurorluğunun məlumatına görə, rus qoşunları saat 11:00 radələrində Xersonun yaşayış massivlərindən birini atəşə tutub, mülki infrastrukturu zədələyiblər

“Ən azı 4 vətəndaş yaralanıb. Onlardan ikisi hündürmərtəbəli binaya hədəfli zərbə nəticəsində yaralanıblar” – prokurorluğun verdiyi məlumatda deyilir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Xerson şəhərinin rus hərbçiləri tərəfindən atəşə tutulmasının nəticələrini əks etdirən fotoşəkilləri dərc edir. İdarədən bildirilib ki, xilasedicilər zərbə nəticəsində dağılmış mənzillərdən birinin eyvanında baş verən yanğını söndürüblər. İki zərərçəkən xəstəxanaya yerləşdirilib.

 

Tərcümə:

Günel