
Rusiya paytaxtının Qızıl Meydanında Böyük Vətən Müharibəsinin 72-ci ildönümü ilə bağlı hərbi parad keçirilib.
Gununsesi.info xəbər verir ki, 114 min texnika növünün sərgiləndiyi parada 10 min hərbçinin qatıldığı xəbər verilir.
Rusiyanın Müdafiə Nazirliyi hava şəraitinə görə, təyyarələrin nümayişindən imtina etdiyini bildirib.
Paradı müdafiə naziri Sergey Şoyqu qəbul edib.
Təntənələrin açılış hissəsində Rusiya prezidenti çıxış edib.
Vladimir Putin deyib ki, xalqlar arasında “birlik olmadığı üçün” II Dünya müharibəsinin qarşısını almaq mümkün olmayıb.
Hərbçilərə müraciət edən Rusiya lideri həmçinin Sovet İttifaqına daxil olan xalqların birgə vuruşmasının əhəmiyyəti vurğulayıb.
“Rusiya hərbçilərilə yanaşı Qızıl Meydandan daha 10 ölkənin parad bölmələri keçəcək. Bunlar Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan və Tacikistan nümayəndələridir. Onların ata və babaları həm ön həm də ki, arxa cəbhədə çiyin-çiyinə vuruşublar”, – cənab Putin deyib.
İlk dəfədir ki, paradda Arktikada istifadə edilməsi nəzərdə tutulan silahlar arasında raketlər nümayiş etdirilib.
Sovet İttifaqı Nasist Almaniyası ilə müharibədə 20 milyon insan itirib.
Rusiya qələbədə başqa xalqların verdiyi töhvənin əhəmiyyətini azaltmaqda qınanır.



Gununsesi.info












