
Rusiya hərbi xərclərini iki dəfə artırmağı hədəfləyir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya növbəti ildə müdafiə xərclərini ümumi daxili məhsulun 6%-nə yüksəltməyi planlaşdırır.
“Bloomberg” müdaxiə xərclərindəki gizli və detallandırılmayan bu artımın Ukrayna üzərindəki basqıya səbəb olacağını və savaşın daha da alovlana biləcəyini yazır.
2023-cü ildə müdafiə xərclərini iki dəfə artıran rəsmi Moskva 100 milyard dolların üzərinə çıxarmışdı.
Davam edən döyüşlərə görə, Rusiyada sənaye emalı sürət qazanıb. Ölkə iqtisadiyyatında yumşaq dirilişə dəstək olmaqdadır.
Ancaq bu durum mərkəzi büdcədə 24 milyard dollarlıq kəsirə səbəb olur.
Digər tərəfdən, sanksiyalar ixracat gəlirlərinin azalmasına və iqtisadiyyat üzərindən basqı yaranmasına təsir edir.
Tərcümə: Arzu