Hansı ölkədə Rusiya nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib

  • By ilhame
  • 11 Mart 2024 22:53

Litvada diplomatik avtomobillər və ölkə üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib.

 

Gununsesi.info xəbər verir ki, bu haqda Litva Gömrük İdarəsi açıqlama verib.

 

Açıqlamaya görə, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.

 

Qeyd edək ki, Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.

Gununsesi.info