“Rusiya HDD daha 14 atom-sualtı qayığı alacaq” – Nazir müavini

  • By admin
  • 26 Dekabr 2020 14:23

Rusiya Müdafiə nazirinin müavini Aleksey Krivoruçka «Krasnaya zvezda» qəzetinə bildirib ki, Rusiya hərbi-dəniz donanması (HHD) yaxın illərdə 14 ədəd atom-sualtı qayığı (ASQ) ilə gücləndiriləcək.

O, xəbər verib ki, «Sevmaş» zavodunun istehsalat gücü 2027-ci ilə qədər tam həcmdə Müdafiə Nazirliyinin (MN) sifarişləri ilə yüklənib. Zavod hər il Rusiya HDD-na bir ədəd «Borey-A» və bir ədəd «Yasen-M» ASQ verməlidir.

Dekabrın 16-da MN xəbər vermişdi ki, dövlət müdafiə sifarişlərinin icrasını yoxlamaq üçün Krivoruçko «Sevmaş»a səfər edib.

Dördüncü nəsil atom sualtı kreyserlərinin «Borey» və «Borey-A» layihə silsiləsi «Bulava» qitələrarası ballistik raketləri ilə silahlanır və onlar yaxın 10 ildə strateji dəniz qüvvələrinin əsasını təşkil edəcəklər. Aparıcı atom-sualtı «Borey-A» təkmilləşdirilmiş layihəli kreyser – «Knyaz Vladimir» Rusiya HHD tərkibinə cari il iyunun 12-də verilib.

Aparıcı sualtı «Yasen-M» layihəli qayıq – «Kazan» adlanır. Hazırda o, tamamlayıcı dövlət sınaqları mərhələsini keçir. Qayıq 2017-ci ildə suya buraxılıb.

Gununsesi.org