
Rusiya Müdafiə Nazirliyi hadisə ilə əlaqədar açıqlama yayıb.
Gununsesi.info-nun xəbərinə görə, qeyd edilib ki, Rusiya Aerokosmik Qüvvələrinin Mi-35 helikopteri Suriyaya təcili eniş edib: “Mi-35 helikopterinin heyəti dərhal axtarış və xilasetmə xidməti tərəfindən aerodroma gətirilib”.
Nazirlik hadisənin texniki problemlər səbəbindən baş verib-verməməsinə də aydınlıq gətirib. Bildirilib ki, helikopterə atəş açılmadığı müəyyən edilib.
xxx
Suriyanın Haseke şəhərindəki Tel-Tamer qəsəbəsinin şimal-qərbində Rusiyaya məxsus helikopterin qəzaya uğraması ilə bağlı xəbər yayılıb.
Gununsesi.info-nun məlumatına görə, helikopterin Tel-Tamer qəsəbəsi yaxınlığında yerləşən Rihaniyyə və Qasımiyyə kəndləri arasındakı bölgəyə düşdüyü iddia edilib.
Hadisə nəticəsində helikopterin pilotu həlak olub.
Sözügedən bölgə Türkiyə ilə sərhədə yaxınlığıyla tanınır.
Gununsesi.info