2015-ci ildən Tartus və Hmeymimdə iki mühüm hərbi bazası olan Rusiya Suriyada Baas rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə qurub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, HTŞ ilə təmasların konstruktiv şəkildə davam etdiyini bildirən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, “Bazalar Suriya ərazisində qalır. Hələlik bu məsələ ilə bağlı başqa qərar verilməyib. Məqsədimiz terrorçularla və DEAŞ-la mübarizə idi. Hamı həmfikirdir. Terrorla və DEAŞ qalıqları ilə mübarizənin bitmədiyini söylədi.” deyib.
Boqdanov bəyan edib ki, görüş zamanı Suriyadakı diplomatik nümayəndəliklərin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Əlaqələrin konstruktiv istiqamətdə getdiyini deyən Boqdanov vədlərin yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.
Bu kontekstdə Mixail Boqdanov Rusiyanın Suriyanın Latakiya vilayətindəki Hmeymim Hava Bazasının terrorla mübarizədə mühüm rol oynadığını müdafiə edib.
Qeyd edək ki, Tartus uzun müddət Rusiya üçün Aralıq dənizindəki mühüm baza və gəmidəki dəniz qüvvələri üçün logistika mərkəzi olmuşdur.
1970-ci illərin əvvəllərində Sovetlər tərəfindən tikilən baza Soyuq Müharibədən sonra Rusiya 2012-ci ildə Krımı işğal edənə qədər nadir hallarda istifadə edilib.
Tartus Ukraynanın işğalının ilk günlərində Rusiya əməliyyatları üçün istifadə edilən gəmilərə ev sahibliyi edirdi.
Tartus və Latakiyadakı Hmeymim Hava Bazası Rusiya əməliyyatlarına dəstək üçün mühüm mərkəzə çevrildi.
Orxan Saffari