Rusiya hücuma davam edə bilməyəcək – HOCES

  • By admin
  • 18 Mart 2022 23:11

Ruslar artıq hücumu davam etdirə bilməyəcək, qarşıdakı 10 gün ərzində Qərbin təzyiqinə məruz qalacaqları nöqtəyə yaxınlaşıblar.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces deyib.

O, rusların Kiyevi mühasirəyə ala bilməyəcəyinə inandığını bildirib:

“Düşünürəm ki, ruslar Kiyevi mühasirəyə ala bilməyəcəklər. Onlar 19 günə yaxındır ki, Mariupolu ələ keçirməyə çalışırlar. Ruslar üçün donanmasının Krım və Donbasdakı qüvvələrə yaxınlığını nəzərə alsaq, ələ keçirmək ən asan şəhər Mariupol olmalı idi. Amma hələ də buna nail ola bilməyiblər. İnanmıram ki, onların əslində Kiyevi mühasirəyə almaq qabiliyyəti var. Mən 5 həftə əvvəl orada idim – bu, Avropanın ən böyük çaylarından birinin sahilində çox, çox böyük bir şəhərdir. Çox çətin relyefi var, onun ətrafını əhatə etməyə rusların imkanları yoxdur”.

Gununsesi.info