Rusiya-Ukrayna savaşının başlandığı gündən bəri Rusiya Prezidenti Vladimir Putinə yönəldilən ilk qınaq ölkədə gündəm olub.
Gununsesi.info xariic mətbuata istinadən xəbər verir ki, Rusiya Parlamenti olan Dumada iqtidar partiyası – “Birləşmiş Rusiya”nın deputatı olan Konstantin Zatulin Putinin Ukraynaya hərbi müdaxilə başlatdıqdan bəri elan etdiyi hədəflərin heç birini bu anadək yerinə yetirilmədiyini sölyəyib.
Döyüşün günümüzdə çatdığı nöqtədə Rusiyanın özü üçün yeni risklər yaratdığını da dilə gətirən Zatulin çıxışında bunları səsləndirib:
“Ukrayna hərəkatını başladarkən Başqan Putin Ukraynanın faşistlərdən təmizlənməsi, Ukraynanın silahlardan təmizlənməsi, bu ölkənin tərəfsiz ölkə statusunda qalması və Donbas bölgəsində yaşayan rus əhalisinin can güvənliyinin təminatı hədəflədiklərini bildirmişdi. Gördüyümüz kimi, bu maddələrdən heç biri həyata keçirilmədi. İndi də içində olduğumuz proses qardaş saydığımız rus və Ukrayna xalqlarını sürətli şəkildə düşmənləşdirmə işinə yarayır. Üzülərək qapalı dairə içinə girdiyimizi qəbul etməyimiz gərəkdir. Bu durum Rusiyanın təhlükəsizliyi üçün yeni təhdidlər yaradır”.
Tərcümə: Arzu Sayadoğlu