Rusiya ilə Azərbaycan arasında münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş fotosərgi açılıb

  • By admin
  • 04 Aprel 2017 23:30

rus azer fotosergi

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Diplomatik münasibətlərin 25 illiyi: Rusiya – Azərbaycan” adlı fotosərgi açılıb.

Gununsesi.info Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin saytına istinadla xəbər verir ki, açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşev və “Rossotrudnuçestvo” Agentliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış ediblər.

Sərgidə 25 il ərzində Rusiya-Azərbaycan münasibətlərinin inkişafında mühüm hadisələri əks etdirən fotoşəkillər və fotosənədlər yer alıb.

Gununsesi.info