Rusiya ilə bağlı mühüm QƏRAR VERİLDİ

  • By admin
  • 02 Dekabr 2022 21:12

Avropa İttifaqından olan diplomatlar Rusiyadan neft tədarükü üçün maksimum qiyməti 60 dollar/barel səviyyəsində müəyyən etmək qərarına gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Müəllif Polşanın Aİ-dəki səfiri və əsas siyasət üzrə danışıqlar aparan Anjey Sadoş, eləcə də adının açıqlanmasını istəməyən Aİ-nin digər diplomatları və rəsmilərinə istinad edir.

Qeyd edilib ki, yeddi sənayeləşmiş ölkə qrupunun hazırladığı siyasət Rusiyanın gəlirlərini məhdudlaşdırmağa yönəlib. Bazar gününə qədər G7-dən rəsmi açıqlamanın gözlənildiyi də bildirilir.

Gununsesi.info