Rusiya ilə Ermənistan arasında uçurum dərinləşir. İndi Ermənistanın İctimai Televiziyasında rusiyalı müxalifətçi Aleksey Navalnının yayımlanan videosu fonunda yeni qalmaqal yaranır. Yerevanın “Qraparak” qəzetinin məlumatına görə, “Azadlıq” radio stansiyasının erməni redaksiyasının müxbiri Azu Babayan Rusiyadan qovula bilər.
Gununsesi.org bildirir ki, bu barədə Media.Az xəbər verir.
“Armenia Today”ın iddiasına görə, radiostansiyanın erməni müxbiri Aza Babayan Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin diplomatik arayışına (başqa bir versiyaya görə, ərinin sənədlərindən istifadə edib) sahibdir. Nəşr qeyd edir ki, jurnalistin həyat yoldaşı səfirliyin işçisidir.
Bildirildiyinə görə, “Azadlıq” radio stansiyasının jurnalisti müxtəlif tədbirlərdə maneəsiz iştirak edib, onun jurnalist kimi daxil olması qadağan olan müxtəlif qurumlara girişi olub. Qeyd olunur ki, müxbirlə əlaqədar hazırda “proses” başladılıb, hətta Rusiyadan qovulması da gündəmdədir. Rusiya tərəfi radiostansiyanın müxbirinin dövlət səviyyəsində himayəsi ilə əlaqədar Ermənistandan izahat tələb edib.
Ümumiyyətlə, burada qeyri-adi heç nə yoxdur. Yerevanda müntəzəm olaraq etiraz etməyə öyrədilən “narıncı” fəalların yığıncaqları keçirilir. Rusiyada buna çoxdan diqqət yetiriblər.
Bir çox erməni siyasi xadimləri Rusiyada hakimiyyət dəyişikliyini xəyal etdiklərini gizlətmirlər. Öz ölkəsində deyil, məhz Rusiya Federasiyasında… Beləliklə, “Sasna Tsrer” ümumerməni partiyasının liderlərindən olan Jirayr Səfilyan tezliklə “hazırkı rejimi” əvəz edəcəyini düşündüyü “Rusiyanın gələcək hakimiyyəti”nə müraciət edib.
Jirayr Səfilyanın hesab etdiyinə görə, “Ermənistanın şərq hissəsində iki yüz ildən də əvvəl qurulmuş Rusiyanın strateji hökmranlığı mərhələsi” başa çatır. Ermənistan artıq Rusiyanın forpostu və kolonial qarnizonu olmayacaq.
Erməni siyasətçi əmindir ki, Ermənistan “Rusiya üçün Rusiyanın Ermənistan üçün olduğundan 10 qat daha vacibdir. Bu baxımdan Ermənistanın alternativi var, Rusiyanın isə yoxdur”. Belə bir nəticənin nəyə görə çıxarıldığı çox aydın deyil. Uzaqdan isə tam əksi görünür.
Erməni fəal Samvel Aslikyan, öz növbəsində, məşhur rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistanın İctimai Televiziyasında rusiyalı müxalif lider Aleksey Navalnının videosunun nümayişinə verdiyi reaksiyaya münasibət bildirib:
“Navalnı kimdir – armenofob (yalnız Solovyovun dediyinə görə. Bu barədə başqa mənbələr görmədim), seksopatoloq və ya hindli – vecimə də deyil. Bu, sadəcə, siyasi anons idi. Ermənistanın qlobal problemləri olduğu halda, oturub bu barədə yazmaqdan mən özüm də şokdayam. Bu axmaq düzəlişlərə səs verən ermənilər mənim üçün Navalnıdan qat-qat aşağıdır”.
Gununsesi.org