Gununsesi.info xarici mətbuata istinadən xəbəır verir ki, müharibə şəraitində bərabər hərəkət edilməsi haqqında Rusiya və Ermənistan arasında 2016-cı ildə hazırlanmış müqavilə Rusiya prezidenti Vladimir Putin tərəfindən rəsmi şəkildə təsdiqlənib.
Bu barədə ilk açıqlama Kremlin rəsmi internet saytında yer alıb.
Əvvəllər sözügedən müqavilə Rusiya Federasiya Şurası tərəfindən təsdiqlənmişdi. Qafqaz bölgəsində tərəflərin hərbi təhlükəsizliyini təmin etmə məqsədi daşıyan müqaviləyə əsasən, müharibə zamanı iki ölkə bir plan üzrə hərəkət edəcək.
Gununsesi.info