“Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində razılığa gəlinib” - İLHAM ƏLİYEV

  • By admin
  • 03 Oktyabr 2019 22:05

Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində razılığa gəlib.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında deyib:

“Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Bu gün biz bu istiqamətdə işlərin davam etdirilməsi barədə razılığa gəldik, baxmayaraq ki, Rusiya texnikasının əldə edilməsi çərçivəsində imzaladığımız müqavilələr beş milyard dollar təşkil edir, onlardan üç milyardı artıq həyata keçirilib. Qeyd etdiyim kimi, biz bu istiqamətdə işləri davam etdirmək niyyətindəyik”.

 

 

Gununsesi.org