“Rusiya ilə istənilən formada danışıqlara hazırıq” - ZELENSKİ

  • By admin
  • 17 Fevral 2022 16:22

“Biz sülhün bərqərar olması naminə Rusiya ilə istənilən formada danışıqlara hazırıq”.

Gununsesi.info UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

HTML tutorial

“Rusiya danışıqlara hazır olduğunu dedikdən sona biz onlardan bu görüşün baş tutmasını xahiş edirik. Əslində onlar bizimlə ünsiyyətə hazır deyillər. Bunu istəmirlər. Biz isə dediyim kimi, bunu istəyirik”, – o vurğulayıb.

V.Zelenski, həmçinin bildirib ki, digər dövlətlərin bu istiqamətdə yardım təşəbbüsləri də rəsmi Kiyev üçün maraqlıdır.

 

 

Gununsesi.info