Rusiya ilə müharibə hazırlığı: Mülki əhaliyə çağırış edildi

  • By admin
  • 26 Yanvar 2024 11:05

Almaniya və İsveçdən sonra Böyük Britaniyada da “müharibə hazırlığı” çağırışı edilib.

Gununsesi.info xəbər verir ki, Böyük Britaniyanın Baş Qərargah rəisi Patrik Sanders mülki şəxslərin Rusiya ilə mümkün müharibəyə qarşı silahlandırılmalı və öyrədilməlisinin vacibliyini bildirib.

Sanders beynəlxalq konfransındakı çıxışında İngiltərə ordusunun üç il ərzində hazırkı 76 min əsgər sayını 120 minə çatdırmalı olduğunu bildirib. Lakin bu rəqəmin kifayət etməyəcəyini deyən Sanders mümkün müharibə vəziyyətində hərəkətə keçmək üçün “vətəndaş ordusu”nun yaradılması lazım olduğunu vurğulayıb.

Sanders Ukraynada baş verənlər kimi nizami orduların müharibəyə başladığını, ancaq mülki şəxslərdən ibarət orduların müharibədə qalib gəldiyini bildirib. O, həmçinin İsveçin müharibəyə hazırlıq addımlarını izləməyin vacibliyini vurğulayıb. Sanders İsveç rəsmilərinə son həftələrdə bütün vətəndaşları mümkün müharibəyə qarşı hazır olmağa çağırdıqları bəyanatlarını xatırladıb. Eyni şəkildə Sanders Almaniyanın müdafiə naziri Boris Pistoriusun Rusiya ilə müharibəyə hazır olmalıyıq bəyanatına da toxunub.

Böyük Britaniyanın Baş Qərargah rəisi Sandersin açıqlamaları ölkəsində rezonans doğursa da, baş nazir Rişi Sunakın ofisi məsələ ilə bağlı diqqət çəkən açıqlama yayıb.

“Britaniya ordusunun könüllü qüvvə olmaq ənənəsi var və bizim bunu dəyişmək fikrimiz yoxdur. Hipotetik müharibələrdən danışmaq faydalı deyil”, açqılamada bildirlib.

Gununsesi.info