Finlandiya hökuməti Rusiya ilə sərhədin bağlanmasını fevralın 11-dək uzadıb.
Gununsesi.info xəbər verir ki, bu ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen açıqlama yayıb.
Belə bir qərarın yanvarın 11-də Dövlət Şurasının ümumi iclasında qəbul edildiyi bildirilir.
“Milli təhlükəsizlik Finlandiya üçün kritik problem olaraq qalır”, – Rantanen deyib.
O, həmçinin əlavə edib ki, mövcud vəziyyət Finlandiyada yaşayan ruslara və iki ölkə pasportu olanlara mənfi təsir göstərir. Bununla belə, onun nöqteyi-nəzərindən “Rusiyadan gələn təhlükə qalmaqdadır”.
Gununsesi.info