Rusiya ilə Türkiyə siçan-pişik oyunu oynayır - ELXAN ŞAHİNOĞLU

  • By admin
  • 24 May 2017 16:04
elxan sahinoglu
“Rusiya və Türkiyə bir-birləriylə sanki siçan-pişik oynayırlar. Liderləri tez-tez görüşür, “hər şey yaxşıdır, bütün məsələləri həll etdik” deyib ayrılırlar, sonra məlum olur ki, “həll etdikləri məsələ” hələ həll olunmayıb”.
Gununsesi.info xəbər verirki, bu fikri politoloq Elxan Şahinoğlu Türkiyə və  Rusiya rəhbərlərinin tez-tez bir araya gəlməsinə baxmayaraq problemərin qalması  ilə bağlı məsləyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti  Rəcəb Təyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son görüşdən sonra açıqlandı ki, Türkiyə Rusiya taxılına qoyduğu məhdudiyyətləri ortadan qaldırır:
“Ancaq bu məndə elə o zaman şübhə doğurdu. Çünki bunun qarşılığında Rusiya Türkiyə pomidoruna embarqonu ortadan qaldırmadı. Artıq Rusiyanın xəbər agentlikləri bu gün xəbər yayıblar ki, sən demə Türkiyə Rusiyadan taxıl idxalına qoyduğu məhdudiyyəti tam ortadan qaldırmayıb. Əksinə, Ankara yeni məhdudiyyətlər qüvvəyə mindirib. Bəs necə olmalı idi? Sən Türkiyə pomidoruna qapını açmayaraq de ki, “pomidoru özüm yetişdirəcəm”, Türkiyədən isə xahiş et ki, Rusiyadan taxıl al. Ankara haqlı olaraq əməkdaşlığın bu formulunu qəbul etməyib”.
Mürtəza
Gununsesi.info