Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub

  • By admin
  • 09 Fevral 2024 09:39

Rusiya ilə Ukrayna arasında yenilənmiş əsir mübadiləsi çərçivəsində 100 rus və 100 ukraynalı əsgərin azad edildiyi bildirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada Ukrayna ilə əsir mübadiləsinin aparıldığı bildirilib. Danışıqlar prosesi nəticəsində Kiyev rəhbərliyinin nəzarətində olan torpaqlardan 100 rus əsgərinin geri alındığı bildirilib.

“Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 100 əsgəri təhvil verilib. Rusiya əsgərləri nazirliyin tabeliyində olan səhiyyə ocaqlarında müalicə almaq üçün təyyarələrlə Moskvaya aparılacaq. Sərbəst buraxılan əsgərlərə tibbi və psixoloji dəstək göstərilir. Birləşmiş Ərəb Əmirlikləri rus əsgərlərinin azad edilməsi prosesində humanitar vasitəçilik rolunu oynayıb”, – deyə qeyd olunub.

Ukrayna prezidenti Vladimir Zelenski də sosial şəbəkədə əsir mübadiləsinə münasibət bildirib: “100 əsgərimiz evə qayıdıb. Bu günə kimi 3 min 135 ukraynalı rus əsirliyindən xilas edilib”.

Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi yanvarın 31-də baş tutub və 195 rus və 195 ukraynalı əsgər dəyişdirilib.

Gununsesi.info