Rusiya ilə Ukrayna sərhədində mülki şəxslərdən ibarət silahlı qüvvələr yaradılıb

  • By admin
  • 06 Dekabr 2022 19:39

Rusiya ilə Ukrayna sərhədində yerləşən Belqorod vilayətində mülki şəxslərdən ibarət silahlı qüvvələr yaradılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə mülki şəxslərdən ibarət hərbi təlim alan regional müdafiə bölmələri təhciz edilib.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov qeyd edib ki, mülki vətəndaşlar hərbi təlim keçmək istəyir və regional müdafiə bölmələrinin yaradılmasını tələb edirlər.

“Səhhətinə və yaşına görə orduya cəlb oluna bilməyən, lakin döyüş təcrübəsi ilə ailələrini müdafiə etmək arzusunda olan bir neçə batalyon təşkil ediləcək”,-deyə qubernator deyib.

Gununsesi.info