Rusiya ilə Ermənistanı birləşdirən yol yenə bağlandı

  • By admin
  • 13 Fevral 2023 09:39

Gürcüstan-Rusiya sərhədindən keçən Hərbi Gürcüstan (Yuxarı Lars) yolunda ekstremal hava şəraiti ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub.

Gununsesi.info “Sputnik Georgia”ya istinadən xəbər verir ki, yol hazırda qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlıdır.

Bildirilib ki, qar yağması ilə əlaqədar yolun Qudauri-Kobi hissəsinin 93-107-ci kilometrliyində bu nəqliyyat vasitələrinə məhdudiyyətlər tətbiq edilib, lakin digər nəqliyyat növləri üçün hərəkət sərbəstdir.

Həmçinin Mleta-Qudauri hissəsində nəqliyyatın hərəkətinin maneəsiz həyata keçirildiyi vurğulanıb.

Qeyd edək ki, sözügedən yol hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə avtomobil yoludur.

Gununsesi.info