Rusiya ilə Türkiyə Liviya münaqişəsi ilə bağlı razılığa gəldilər

  • By admin
  • 22 İyul 2020 16:51

Rusiya və Türkiyə hökumətləri Liviyadakı vəziyyəti nizama salmaq məqsədilə ortaq işçi qrupu yaratmaq niyyətindədirlər.

Gununsesi.org TASS-a istinadla xəbər verir ki, bu barədə iki ölkə rəsmilərinin Ankaradakı məsləhətləşmələrdən sonra yaydığı ortaq bəyanatda qeyd olunub.

Tərəflər həmçinin Liviyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiqləyərək, terrorçuluq və terrorçu qruplaşmalarla mübarizənin vacibliyini qeyd ediblər.

Rəsmi Moskva və Ankara Liviyadakı münaqişənin hərbi yolla həllinin olmadığını təsdiqləyərək, siyasi proseslərin BMT-nin köməyi ilə liviyalıların özləri tərəfindən həll ediləcəyinə əminlik ifadə olunub.

 

 

Gununsesi.org