Rusiya ilə Ukrayna arasında kritik danışıqlar başladı

  • By admin
  • 28 Fevral 2022 14:22

Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edir.

Ukraynadan görüşə müdafiə naziri Aleksiy Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin qatılıb.

Hazırda Belarusun Qome şəhərində tərəflər arasında danışıqlar davam edir.

Gununsesi.info