Rusiya İrəvanın mərkəzinə ordu yeridə bilər – Köçəryan

  • By admin
  • 16 Mart 2021 12:09

Nikol Paşinyan hökumətinin Ermənistanda hakimiyyəti saxlamaq üçün son şansı qalır. İrəvan rəsmi səviyyədə Kremlin onlara Rusiya sülhməramlıları şəklində yardım göstərməsini tələb edə bilər.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu sensason fikirlə Ermənistanın ictimai xadimi Tiqran Köçəryan çıxış edib.

Onun sözlərinə görə, bu, tamamilə real ssenaridir və Ermənistan hökumətində dəfələrlə müzakirə olunub.

“Nikol hakimiyyətdə qalmaq naminə dəstək üçün Rusiyaya rəsmi səviyyədə müraciət edə bilər. Ölkə suverenliyinin qorunmasını təmin etmək üçün İrəvanın mərkəzinə Rusiya ordusu yerləşdirilə bilər”, – deyə Köçəryan “Review” verilişinin efirində bildirib.

Gununsesi.info