Rusiya İran silahları ilə yeni hücuma hazırlaşır - Zelenskidən xəbərdarlıq

  • By admin
  • 03 Yanvar 2023 12:51

Rusiya “Şahid” PUA-ları ilə yeni hücumlar planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Yeni il gecəsindən başlayaraq, Rusiya ordusu hava hücumlarını intensivləşdirib:

“Son iki gündə 80-dən çox PUA məhv edilib. Qarşıdakı həftələrdə gecələr sakit keçməyəcək. “Şahid” PUA-ları ilə uzunmüddətli hücumlar planlaşdırırlar. Hər kəs diqqətli olmalıdır”.

Qeyd edək ki, Rusiya son dövrlər Ukraynaya hücumlarında İrandan aldığı “Şahid” PUA-larından geniş şəkildə istifadə edir.

Gununsesi.info