
Ərəb dənizində Rusiya, Çin və İranın birgə hərbi dəniz təlimləri başlayıb. “Dəniz təhlükəsizlik kəməri 2023” adlı manevrlər İran İslam Respublikasının Çahbahar limanı ərazisində keçirilib.
Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir. Təlimlərdə iştirak edən gəmilər arasında Rusiyanın “Zirkon” hipersəs raketləri ilə təchiz edilmiş “Admiral Qorşkov” freqatı və orta dəniz tankeri “Kama” da var. Həmçinin Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin esminesi Nankin, İranın “Səhənd” və “Cəmaran” freqatları, “Bayandor” korveti və digər gəmilər də iştirak edib. Təlimlərin dəniz mərhələsi çərçivəsində iştirakçılar həm gündüz, həm də gecə saatlarında hərbi gəmilərdən ibarət millətlərarası dəstənin formalaşdırılması, birgə manevrlər və artilleriya atışları həyata keçirəcəklər. Həmçinin, əsir götürülmüş gəminin buraxılması, dənizdə qəza vəziyyətində olan gəmilərə yardım və bir sıra digər tapşırıqlar üzrə epizod modeli işlənəcək. Bu, Rusiya və Çinin bu il keçirdiyi ikinci dəniz manevrləridir. Keçən ay onlar Cənubi Afrika dəniz qüvvələrinin iştirakı ilə Cənubi Afrika sahillərindən keçiblər. Təlimlər zamanı dəniz qüvvələrinin imkanları, artilleriya təlimləri və ələ keçirilən gəmilərin buraxılışının simulyasiyası üzərində iş aparılır.
Tərcümə:
Adil ELXANOĞLU
Gununsesi.info