Rusiya, İran və Çinin hərbi dəniz qüvvələri birgə təlim keçirəcək

  • By admin
  • 18 Yanvar 2022 16:31

Rusiya, İran və Çinin hərbi dəniz qüvvələri körfəzdə birgə təlim keçirəcək.

Gununsesi.info “RİA Novosti” istinadən xəbər verir ki, bu barədə Rusiya Sakit okean Hərbi Dəniz Donanmasından bildirilib.

Məlumata görə, təlim Kəngər körfəzi ərazisində keçiriləcək.

İştirakçı dövlətlərin hərb gəmiləri İranın Çahbahar limanında yer alacaqlar.

Təlimlərin keçiriləcəyi dəqiq tarix hələ açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci ilin avqustunda 3 dövlətin 2022-ci ilin əvvəlində birgə təlim keçirəcəyinə dair məlumatlar yayılmışdı.

 

 

Gununsesi.info