Rusiya Körfəzdəki ixtilaflı adalarla bağlı Birləşmiş Ərəb Əmirliyinə dəstək açıqlaması verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Moskva BƏƏ və İrandakı torpaq anlaşmazlığına dair açıqlamasında Körfəz Əməkdaşlıq Təşkilatı tərəfindən ortaq mövqeyə dəstəyini bildirib.
Xatırladaq ki, İran və BƏƏ arasında torpaq anlaşmazlığı problemi yaşanır. Hər iki tərəf Hörmüz Boğazındakı Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının özlərinə aid olduğunu iddia edir.
Tərcümə: Arzu