Rusiya İrana 10 milyard ABŞ dollar dəyərində silah satacaq.
Gununsesi.info “Akşam” qəzetinə istinadən xəbər verir ki, Rusiya İranla daha bir iri silah müqaviləsi imzalamağı planlaşdırır. Müqavilədə döyüş təyyarələri, helikopterler, “T-90” tankları və ağır artilleriya sistemlərin alınmasından söhbət gedir.
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov bildirib ki, silah satışı ilə bağlı razılaşma Tehrana səfəri zamanı müzakirə olunub.
Qeyd edək ki, ABŞ bu ilin fevral ayında Rusiyaya İrana döyüş təyyarələrinin satmamaq barədə xəbərdarlıq etmişdir.
Anar
Gununsesi.info