Rusiya İranın hərbi bazasından istifadə edir

  • By admin
  • 16 Avqust 2016 15:50

rus

Bu gündən etibarən Rusiya təyyarələri Suriyanın müxalif qüvvələrinə qarşı həyata keçiriləcək əməliyyatlarda İranın hərbi hava bazasından istifadə edəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Moskva ilə Tehran arasında əldə olunmaş razılaşmaya əsasən Rusiya İranın Həmədan Hava Bazasına öz strateji bombardmançı təyyarələrini yerləşdirib.

Qeyd edək ki, artıq Rusiya Müdafiə Nazirliyi İranın Həmədan Hava Bazasından havaya qalxan TU-22m3 və SU-34 tipi döyüş təyyarələrinin Suriyadakı hədəfləri vurduğunu açıqlayıb.

Beləliklə Rusiya ilk dəfə olaraq İranın hərbi bazasından istifadə etmiş oldu. Rusiya təyyarələri bundan əvvəl Suriyadakı Himeymim bazasından havaya qalxaraq Suriyanın müxalif qüvvələrinin mövqeyini bombardman edirdi.

Anar

Gununsesi.info