Rusiya İranın İsfahan şəhərinə edilən hücumu qınadı: “İranı zəiflətməyə boşuna ümid edənlər anlamalıdır ki…”

  • By admin
  • 30 Yanvar 2023 22:28

Rusiya İranın İsfahan şəhərində hərbi təsisə edilən hücumu qınayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova yazılı açıqlamasında bölgədə gərginliyi artıracaq hərəkətləri şiddətlə qınadıqlarını bildirib:

“Sakit olmayan bir bölgədə gərginliyin kontrolsuz şəkildə artmasına yol aça biləcək hər cür qızışdırıcı hərəkətləri şiddətlə qınayırıq. Bu cür yıxıcı əməllərin Orta Şərqdə barışıq və sabitlik üçün öncəgörülməyən nəticələri ola bilər. Bu cür cürətkar hərəkəti təşkil edənlər və onların dəstəkçiləri, həm də boşuna İranı zəiflətməyə ümid edənlərin bunu anlamaqları gərəkdir”

Xatırladaq ki, İran dövlət televiziyası yanvarın 30-da İsfahanda hərbi təsisə Pilotsuz Uçan Aparatla(PUA) hücum edildiyini bildirmişdi.

Məlumatda PUA-ların İsrailə aid olduğu irəli sürülmüşdü.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info