
Rusiyanın Tu-95MS strateji bombardmançıları Suriyanın Hama və Xüms vilayətlərində İŞİD terror qruplaşmasının obyektlərini X-101 qanadlı raketlərlə vurub.
Gununsesi.info TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi bildirib.
Aviazərbələr təxminən 1000 kilometr məsafədən endirilib. Hərbi müəssisənin məlumatına görə, hücum nəticəsində İŞİD-in silah və döyüş sursatlarının olduğu üç böyük anbar, həmçinin Akerbat şəhəri ərazisində terrorçuların nəzarət məntəqəsi məhv edilib.
Qeyd edək ki, X-101 Rusiyanın ən yeni strateji qanadlı raketidir. Onun istehsalında radarlara yaxalanmaması üçün müasir texnologiyalar tətbiq edilir. Raketin uçuş məsafəsi 4,5 min kilometrə qədər təşkil edir. Raketlər nüvə döyüş başlığı ilə təchiz edilə bilər.
Gununsesi.info