Rusiya İsraili Suriyaya qarşı silahlı təxribatları dayandırmağa çağırıb

Rusiyanın xarici işlər naziri Mariya Zaxarova İsrailin Suriyaya zərbə endirməsini pisləyib və bunu Yaxın Şərq regionunda sabitliyi pozan məsuliyyətsiz hərəkət adlandırıb.

Gununsesi.info xəbər verir ki, müvafiq bəyanat Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Biz bir daha İsrail tərəfini Suriya Ərəb Respublikasına qarşı silahlı təxribatları dayandırmağa və Yaxın Şərqdə vəziyyətin idarəolunmaz qeyri-sabitləşdirilməsi ilə nəticələnən bu cür məsuliyyətsiz hərəkətlərdən əl çəkməyə çağırırıq. Biz əminik ki, hadisələrin bu cür inkişafı heç bir halda İsrailin təhlükəsizliyinin möhkəmlənməsinə kömək etməyəcək”, – diplomat bildirib.

Zaxarova həmçinin vurğulayıb ki, Yaxın Şərqdəki vəziyyətin həllinə ehtiyac var və potensial münaqişənin gərginləşməsinə səbəb olmasın.

Qeyd edək ki, Suriyanın hava hücumundan müdafiə sistemləri İsrail ordusunun Dəməşqdən 220 kilometr aralıda yerləşən Həma şəhərinin qərbindəki hərbi hədəflərə təkrar raket hücumunu dəf edib.

Bundan əlavə, sentyabrın 9-na keçən gecə “Əl-Cəzirə” telekanalı bildirib ki, İDF təyyarələri gecə saatlarında Suriyanın mərkəzi rayonlarına azı 15 hava zərbəsi endirib, İsrail Ordusu Livan və Aralıq dənizinin hava məkanından istifadə edib.

 

 

Afət

Gununsesi.info