Rusiya ilə Böyük Britaniya arasında gərginlik daha da dərinləşməkdədir.
Gununsesi.info Sky News-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Müdafiə naziri Qevin Uilyams keçirdiyi mətbuat konfransında Londonla Moskva arasındakı münasibətlərə toxunub: “ Rusiyanın Solsberidəki hərəkətləri tamamilə biabırçı və yolverilməz haldır. Biz artıq cavab addımları atmışıq. Ona görə də Rusiya çəkilib susmalıdır”.
Nazir yaranmış vəziyyətin soyuq müharibə həddindək gedib çıxacağını belə istisna etməyib. O deyib ki, son dövrlərdə ölkələr arasındakı münasibətlər həddindən artıq soyuqlaşıb.
Gununsesi.info