Rusiya Kəlbəcərə hərbi karvan göndərdi - VİDEO

  • By admin
  • 11 Mart 2021 10:17

Kəlbəcər bölgəsinə 130 ton humanitar yardım çatdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədarük Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə həyata keçirilib.

Humanitar yükə sosial obyektlər və yaşayış binaları üçün enerji və su təchizatı sistemlərinin bərpasına dair elektrik avadanlığı, gücləndirilmiş beton konstruksiyalar və tikinti materialları daxildir. Bu yüklər 20 “KamAZ” markalı yük maşını və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin 4-cü karvanı vasitəsilə bölgəyə göndərilib.

 

 

Humanitar yardım ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım çərçivəsində göndərilib.

Gununsesi.info