“Rusiya Kiyevi tutmaq üçün suriyalı döyüşçülər cəlb edib” - “The Wall Street Journal”

  • By admin
  • 07 Mart 2022 18:32

Rusiya küçə döyüşlərində təcrübəsi olan suriyalıları öz silahlı dəstələrinə cəlb edir. Məqsəd, Kiyevin işğalında onlardan istifadə etməkdir.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ-ın dörd yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb. Rəsmilərdən biri nəşrə bildirib ki, suriyalı döyüşçülərin bir qismi artıq Rusiyada təlim keçir.

Suriya mediası “The Wall Street Journal”ın məlumatını dolayısı ilə təsdiqləyib. Deyr əz-Zorda nəşr olunan qəzet Rusiya nümayəndələrinin Suriyadan olan könüllülərə Ukraynada mühafizəçi işləməyi təklif etdiyini yazıb. İddialara görə, müqavilə ayda 200-300 dollar ödəmə ilə altı ay müddətinə nəzərdə tutulub.

 

 

Gununsesi.info