Rusiya konstitusiyasına dəyişikliklər ediləcək – Putin səsvermə tarixini təsdiqlədi

  • By arzu
  • 01 İyun 2020 18:57

Rusiya prezidenti Vladimir Putin iyulun 1-ni Rusiya Federasiyası konstitusiyasına dəyişikliklə bağlı səsvermənin başlanğıc günü kimi təsdiqləyib.

Bu barədə Gununsesi.org “Report”a istinadən xəbər verir.

Rusiya dövlət başçısı MSK, “Rospotrebnadzor” və regionların rəhbərlərinə məntəqələrdə tam təhlükəsizliyin təmin edilməsi üçün göstəriş verib.

Daha əvvəl konstitutsiyaya dəyişikliklərlə bağlı səsvermə aprelin 22-nə təyin edilsə də, martın sonlarında koronavirus infeksiyasının yayılması səbəbindən V.Putin onun ertələndiyini elan etmişdi.

Gununsesi.org