Rusiya konsulluğu mühasirəyə alındı

  • By admin
  • 11 İyun 2016 14:48
Russian consulate
Ukraynanın millətçi “Sağ Sektor” təşkilatının üzvləri Odessa şəhərindəki Rusiya Baş konsulluğunu mühasirəyə alıblar.
Gununsesi.info xəbər verir ki, bu haqda Odessa portalı “Taymer” bildirib.
Portalın məlumatına görə, diplomatik missiyada Rusiya Günü münasibətilə təntənəli qəbul olmalı idi. Ukrayna millətçiləri tədbirə gəlmək istəyənlərlə “tərbiyəvi iş” aparmağa qərar veriblər.
Portal bildirir ki, fəallar konsulluğun qarşısında saxlanılan avtomobildə anti-rus mahnıları səsləndiriblər. Bundan başqa, onlar özləri ilə gətirdiyi peyini konsulluq binasına atmağı planlaşdırırdılar, amma polislər bu etməyə icazə verməyiblər.  (Publika.az)